hemle

Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi üçün səylərini davam etdirir - Çavuşoğlu

Tarix:25-04-2023, 07:47
Baxış Sayı:80

Ankara Türkiyə və digər ölkələrin vətəndaşlarının Sudandan çıxarılması üçün səylərini davam etdirir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV 100" telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti 1490 vətəndaşını Efiopiya ərazisi vasitəsilə Sudandan təxliyə edib.

"Sudandan 1 490 nəfəri avtobusla təxliyə etdik. Onlardan 640-ı Efiopiyaya çatıb. 189 nəfər Efiopiya sərhədini keçərək Əddis-Əbəbəyə doğru gedir. Hazırda 850 nəfər yoldadır. Sabah qalan vətəndaşlarımızı avtobusla yola salırıq", - deyə nazir bildirib.
Ətraflı

M.Çavuşoğlu qeyd edib ki, hazırda hava yolu ilə təxliyə marşrutu planlaşdırılır.

Nazir əlavə edib ki, o, təxliyə olunanların Efiopiya sərhədindən keçməsinin asanlaşdırılması məsələlərini müzakirə etmək üçün efiopiyalı həmkarı ilə əlaqə saxlayıb.

M.Çavuşoğlu bildirib ki, Türkiyə həmçinin 13 ölkənin 110 vətəndaşının münaqişələrin hökm sürdüyü Sudandan təxliyəsinə kömək edib.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...