hemle

KİM ÇEN ININ SƏHHƏTİNDƏKİ PROBLEMLƏR MƏLUM OLDU

Tarix:30-04-2020, 20:22
Baxış Sayı:454

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın səhhətindəki problemlərin üstü açılıb.

ONN media xəbər verir ki, bu barədə “38 North” nəşri yazıb.

Nəşrin yazdığına əsasən, KXDR liderinin səhhətinə həm qeyri-sağlam həyat tərzi, həm də irsi xəstəlik mənfi təsir göstərir. Onun atası Kim Çen İr və babası Kim İr Sen infarkt nəticəsində həyatlarını itiriblər.

Bundan əlavə, Şimali Koreya liderinin atası ölümündən bir neçə il əvvəl insult da keçirib. Bu hallar Kim Çen Inın da ürək probleminin olduğunu göstərir.

Kim Çen həmçinin artıq çəkidən də əziyyət çəkir. Onun 170 santimetr boyu olsa da, çəkisi 135 kiloqramdan çoxdur. Bu amil də onun ürək-damar sisteminin vəziyyətinə mənfi təsir edir. (baku.ws)

ONN İnformasiya Agentliyi
image_printÇap Et

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı