hemle

Kardiologiya İnstitutunda yoxlamalar BAŞLADI

Tarix:18-04-2023, 11:19
Baxış Sayı:117

Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlayıb.

hemlemedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda institutda monitorinqlər davam etdirilir. İlkin məlumata görə, institutun bazası, personal və xidmətlər bütünlüklə təftiş olunacaq.

Faktı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Mətbuat Xidmətindən təsdiq ediblər. Bildirilib ki, bu proses Səhiyyə Nazirliyinin keçid dövrü ilə əlaqədar aparılır:

“Elmi-Tədqiqat Kardiologiya İnstitutu Səhiyyə Nazirliyinin tabeliyinə 2023-cü il yanvar ayının 1-dən verilib. Hazırda institutda Prezidentin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin bəndi rəhbər tutularaq qurumun cari vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar monitorinq aparılır. Yoxlama tək bizim institutda deyil, bizdən öncə daha iki institutda aparılıb. Proses mərhələli şəkildə digər institutlarda da davam etdiriləcək”.

Xatırladaq ki, bir müddət öncə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də bir sıra digər ciddi nöqsanlarla bağlı məlumat yayılmışdı.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir