hemle

Səbinə Əliyeva: “Ermənistan Ombudsmanı əsir düşən əsgərlərimizlə bağlı həqiqəti gizləyir”

Tarix:17-04-2023, 16:55
Baxış Sayı:82

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib.

Ombudsman Aparatından verilən xəbərə görə, müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunub, Ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlandığı bildirilib.

Eyni zamanda, müraciətdə ötən gün hərbi qulluqçularımıza baş çəkən Ermənistan Ombudsmanının onların işgəncə və ya pis rəftarla əlaqədar şikayətlərinin olmadığı barədə açıqlamasına da toxunulub.

Azərbaycanlı əsgərin zorakılığa məruz qalmasının açıq-aşkar əks olunduğu foto və videokadrlardan sonra Ermənistan Ombudsman təsisatı tərəfindən verilmiş həqiqəti əks etdirməyən və törədilən hüquq pozuntularının gizlədilməsinə yönələn bu açıqlamanın narahatlıq doğurduğu diqqətə çatdırılıb. Azərbaycan Ombudsmanı bu baxımdan aidiyyəti beynəlxalq və regional təşkilatlar tərəfindən həmin hüquq pozuntularına mandatları çərçivəsində operativ reaksiya verilməsini təkidlə tələb edib.
Bununla yanaşı, Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən həm İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi əsirlərə, həm də postmüharibə dövründə azad edilmiş ərazilərimizdə saxlanılmış erməni hərbi dəstə üzvlərinə dəfələrlə başçəkmələr həyata keçirildiyi, bununla bağlı çoxsaylı mətbuat açıqlamaları yayımlandığı vurğulanıb.

Müraciətdə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə törədilən bu əməllərlə yanaşı, bu günlərdə ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının təhqir edilməsi faktının da Ermənistanda geniş təbliğ edilən Azərbaycana qarşı nifrət siyasətinin nəticəsi olduğu qeyd edilib.

Yekunda Ombudsman hərbi qulluqçularımızın ailə üzvləri ilə videozəng vasitəsilə əlaqə yaratmalarına və təhlükəsizlikləri təmin edilməklə ölkəmizə geri qaytarılmalarına dəstək göstərilməsi məqsədilə həmin qurumlara çağırış edib.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış