hemle

Donetskdə döyüşmək istəməyən azərbaycanlılar güllələndilər - VİDEO

Tarix:14-04-2023, 17:42
Baxış Sayı:123

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə 4 həftəlik fasilədən sonra yenidən hava həyəcan siqnalları verilməyə başlayıb.

Qeyd edilib ki, ötən gecə Ukraynanın şərq və cənub vilayətlərində döyüşlərin şiddəti daha da artıb:
“Təkcə Donetsk vilayətinin Baxmut, Avdiyevka, Marinka və Limansk şəhərlərinə bir gecədə Rusiya Ordusu və “Vaqner” hərbçilərinin 49 hücum cəhdi olub”.

O da bildirilib ki, işğalda olan Donetsk şəhərinin qəsəbələrindən birində separatçı rejimlə azərbaycanlılar arasında insident yaşanıb.

“Separatçı rejim azərbaycanlıları da səfərbərliyə cəlb etmək istəyib. Nəticədə döyüşə getmək istəməyən Şamil Həsənov və Teymur Cumıyev güllələnərək öldürülüblər”, - deyə M.Aslanov əlavə edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir