hemle

Rusiyalı məmurlar ondan icazəsiz ölkədən çıxa bilməyəcək

Tarix:8-04-2023, 14:00
Baxış Sayı:127

“Rusiyalı deputatlara ölkənin Baş naziri Mixail Mişustinin icazəsi olmadan ölkəni tərk etmək qadağan edilib”.

Bu barədə məlumatı Rusiyanın müxalif “The Bell” portalı yayıb.

Məlumata görə, rusiyalı məmurlar aprelin 7-sindən xaricə ancaq rəsmi məsələlərlə bağlı səfər edə bilərlər: “Deputatlar öz növbəsində başqa ölkəyə getmək istədikdə Mişustindən şəxsən icazə almalıdırlar”.

Bu qaydanın nazirlərdən tutmuş, aparat rəhbərlərinə və onların müavinlərinə, departament rəhbərlərinə qədər hökumətdəki bütün məmurlara şamil edildiyi qeyd olunub.

Bununla belə, sözügedən qadağanın Kreml administrasiyasındakı məmurlara aid edilmədiyi vurğulanıb.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...