hemle

Müəllimlə direktor müavini arasında nə baş verib? - “Küncə sıxıb boğmaq istəyib”

Tarix:4-04-2023, 09:49
Baxış Sayı:134

Qubada orta məktəb müəlliminin intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

hemlemedia.az Baku TV-yə istinadən xəbər verir ki, Birinci Nügədi kənd sakini olan 47 yaşlı Aygün Mustafayevanın ibtidai sinif müəllimi kimi çalışdığı İkinci Nügədi kənd 1 saylı orta məktəbin direktor əvəzi Vüqar İmaməliyev onun direktor müavininə hücum etdiyini deyib: “Məktəbin tədris işləri üzrə direktor müavini Sara Nağıyeva öz əmək funksiyasını yerinə yetirərkən Aygün Mirzəağa qızı Mustafayevanın dərs dediyi ibtidai sinfə daxil olub ki, dərsi dinləsin, sinfin vəziyyəti ilə maraqlansın. Bu zaman Aygün Mustafayeva onu təhqir edərək sinifdən çıxmasını tələb edib. Həmçinin direktor müavinini küncə sıxaraq boğmağa cəhd edib, onun boyunbağısını qırıb”.

V.İmaməliyev bildirib ki, bundan sonra da A.Mustafayeva intizamsız hərəkətlərini davam etdirib: “Biz bununla əlaqədar Pedoqoji Şuranın iclasını keçirdik. A.Mustafayeva əmək intizamını dəfələrlə kobud şəkildə pozub. Bu səbəbdən ona şifahi xəbərdarlıq, yazılı xəbərdarlıq, töhmət verilib”.

O da məlum olub ki, hadisələrdən sonra A.Mustafayeva adi qaydada işinə davam edir. O, müsahibə verməkdən imtina edib.
Xatırladaq ki, müəllimlə direktor müavini arasındakı insidentdən sonra Aygün Mustafayeva barəsində polisə şikayət edilib. Bundan sonra Quba Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma başlayıb. Araşdırma çərçivəsində martın 31-də Aygün Mustafayeva polis şöbəsinə dəvət edilib. Polisə izahat vermək istəməyən müəllim yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR