hemle

Lavrov iranlı həmkarına hörmətsizlik etdi: "Nə gözləyirdiniz?" (VİDEO)

Tarix:31-03-2023, 10:30
Baxış Sayı:90

Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskvaya səfəri zamanı ona qarşı hörmətsizlik edilib.

hemlemedia.az İran KİV-ə istinadən xəbər verir ki, nazir rusiyalı həmkarı Sergey Lavrovun onu qarşılaması üçün Rusiya Xarici İşlər Nazirliyinin binasının qarşısında avtomobilində xeyli gözləyib. Lakin Lavrov onu qarşılamağa çıxmayıb.

Abdullahiyan XİN binasına daxil olduqdan sonra Lavrov ona "Görünür, siz maşından düşmək istəmirdiniz" deyə kameralar qarşısında müraciət edib. "Mən gözləyirdim" deyən nazirə rusiyalı həmkarı "Nə gözləyirdiniz?" deyə yenidən kinayə ilə yanaşıb.

Rusiyanın bu addımı İranda XİN rəhbərinin aşağılanması kimi qiymətləndirilib: "Ruslar bir ölkənin mövqelərindən narazı olanda bunu kamera qarşısında davranışlarında göstərirlər. Putinin Makron və Rəisini qarşılama tərzindən tutmuş, Ərdoğanı görüş üçün qapıda gözlətməsinə qədər... Yəqin ki, Rusiya İranın Ukrayna ilə bağlı mövqeyini dəyişdirdiyinə görə bu addımı atıb", - məlumatda deyilir.

İranın XİN sözçüsü Tazhan Kənani isə görüntüləri təhrif etməyə çalışıb: "Təbii ki, nümayəndə heyətinin rəhbəri avtomobilin içərisində onu müşayiət edən digər əsas üzvləri gözləyirdi".

Digər xəbərlər
10:13 Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq
10:11 5 il sonra bu şəxslər işsiz qalacaq
10:06 "Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək
10:04 Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı açıqlandı
10:01 Səhər yeməyinin ƏN PİS NÖVÜ - Ciddi sağlamlıq problemlərinə yol açır
09:58 Pakistandan QİSAS ƏMƏLİYYATI: Hindistanın 5-ci qırıcısı vuruldu, qərargah məhv edildi - YENİLƏNİR
09:56 Pakistandan Fransaya AĞIR ZƏRBƏ - Bu şirkətin səhmləri kəskin ucuzlaşdı
09:48 Türkiyədən Pakistana SİYASİ DƏSTƏK - Fidan zəng etdi, XİN bəyanat yaydı