hemle

"İnsan nə qədər abırsız olmalıdır ki..." - Deputat De Byaziyə qəzəbləndi

Tarix:28-03-2023, 11:52
Baxış Sayı:112

"Milli komandanın oyunçularının hamısı yerli adamlar olmalıdır".

Bunu "Unikal"a açıqlamasında deputat Aqil Abbas deyib. O bildirib ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi özündən razıdır:

"Dünən utanmadan deyir ki, yaxşı oynadıq. İnsan nə qədər abırsız olmalıdır ki, 5:0 hesabı ilə məğlub olandan sonra yaxşı oynadıqlarını desin. Futbol çətin məsələdir. Azərbaycanda uzun illər futbol olmayacaq. Ona görə ki, uşaq futbolu yoxdur. Rayonlarda da futbol inkişaf etmir, stadionlar da boş qalıb", - deyə A.Abbas vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığma komandası AVRO-2024-ün seçmə mərhələsinin iki oyununda 9 qol buraxıb. Belə ki, millimiz İsveçə 5:0, Avstriya yığmasına isə 4:1 hesabı ilə məğlub olub.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı