hemle

Laçın yolundakı aksiya 90 gündür DAVAM EDİR

Tarix:11-03-2023, 10:06
Baxış Sayı:153

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 90 gündür davam edir.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Digər xəbərlər
21:24 Donuz böyrəyi köçürülmüş amerikalı qadın 61 gündür yaşayır - Yeni rekord
21:22 Ermənistanda Rusiya hərbi qulluqçusunun meyiti tapıldı
21:20 Evində “Vayfay”ı olan hər kəsin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
21:18 Azərbaycanda qadınların və kişilərin maaş STATİSTİKASI
16:08 Avropada yeni müsəlman dövləti yaranır: sərhədsiz…
16:04 7 milyon insanı öldürən koronavirus: Süni şəkildə yaradılıb, amma... - ABŞ kəşfiyyatı
15:59 Həkimdən bəzək məqsədilə taxılan eynəklərlə bağlı XƏBƏRDARLIQ
15:56 Rəsmi Bakıdan Paşinyanın iddialarına CAVAB: "Heç bir əsası yoxdur və tamamilə gülüncdür"