hemle

Metroda terror olacağını deyən şəxs tutuldu - DTX

Tarix:10-03-2023, 21:17
Baxış Sayı:135

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.

Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir