hemle

İlham Əliyev Kailaş Satyartini qəbul etdi - YENİLƏNİB

Tarix:10-03-2023, 19:16
Baxış Sayı:162

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib.

Kailaş Satyarti X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıb, özünün dediyi kimi, bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib. Qonaq qeyd edib ki, dünyada hazırkı zamanda bu tədbir çox böyük önəm daşıyır. O deyib:


“Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin rəhbərliyinizlə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib”.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin bu Forumda iştirakını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə fəal əməkdaşlığını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev ölkəmizin Qərblə Şərq arasında mədəni körpü qurulması işinə töhfə verdiyini vurğulayaraq, Azərbaycanın mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirdi və gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini diqqətə çatdırıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar. Bununla da, Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır.

X Qlobal Bakı Forumunun önəminə toxunan Azərbaycan Prezidenti çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin, digər nümayəndələrin burada iştirakını tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Görüşdə Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə danışılıb.

xxx

16:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Kailaş Satyartini qəbul etdi - YENİLƏNİB

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ