hemle

Videosu yayılan qadın Zaur Mirzəyevə qarşı iddia qaldırdı - 192 min manat tələb edir

Tarix:17-02-2023, 18:50
Baxış Sayı:118

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkərək yaymaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə qarşı mülki iddia qaldırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda zərərçəkmiş qismində tanınan qadınlardan biri ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq Z.Mirzəyevdən 192 min manat tələb edib. Bu barədə zərərçəkmişin vəkili məhkəmədə mülki iddia qaldırıb.


Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s.

Z.Mirzəyev isə qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib.

Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyevin cinayət işi üzrə gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, FHN də zərərçəkmiş qismində tanınıb. İttihama görə, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

Qeyd edək ki, proses qapalı keçirilir. Buna baxmayaraq, zərərçəkmişlərdən biri məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirdi.

Xatırladaq ki, sözügedən görüntülər 2022-ci il avqustunda sosial şəbəkələrdə yayılıb. Bundan sonra Zaur Mirzəyev həbs olunub. İttihama əsasən, Z.Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013- 2019-cu illərdə xidməti otağında tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb. Ona qarşı 3 fərqli maddə ilə ittiham irəli sürülüb

“Qafqazinfo”

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış