hemle

Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi - FOTOLAR

Tarix:11-02-2023, 22:26
Baxış Sayı:146

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Adanada da bir çox bina dağılıb. Hadisədən sonra Adananın Çukurova rayonunda dağılan 14 mərtəbəli lüks binanın sahibi saxlanılıb.

Binanın sahibi olan Həsən Alpargün oğlu ilə zəlzələnin ilk günü Kiprə qaçıblar. Çox keçməyib ki, iş adamı polis tərəfindən yaxalanıb.

Belə ki, Həsən Alpargünün oğlu atasının yaxalanmasında böyük rol oynayıb. O, polisə zəng edərək, atasının Kiprə qaçdığını etiraf edib.

33 yaşlı Həsən Can Alpargün, "Atamı polisə mən şikayət etmişəm. Bəli, onunla birlikdə Kiprə gedirdim. Mənim heç bir günahım yoxdur. O binalar tikiləndə mənim 5 yaşım var idi. Zəlzələdə dağılan binaya cavabdeh mən deyiləm, atamdır. O da qanun qarşısında cavab verəcək".

Bildirək ki, 14 mərtəbəli lüks bina zəlzələ nəticəsində tamamilə uçub. Hadisədə 65-ə yaxın insan həyatını itirib, onlarla şəxs isə yaralanıb.

Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi - FOTOLAR


Digər xəbərlər
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA