hemle

Azərbaycanlı tələbə bacılar dağıntılar altından çıxarıldılar

Tarix:6-02-2023, 13:05
Baxış Sayı:146

Türkiyədə baş verən zəlzələdə azərbaycanlılar da xəsarət alıblar.

Bu barədə Redaktor.az-a Türkiyədə yaşayan jurnalist Nigar Ögeday məlumat verib.

Onun sözlərinə görə, Kahramanmaraş rayonu, İsmetpaşa məhəlləsi, Trabzon prospektindəki binanın dağıntıları altından Sütçü Universitetinin tələbələri Gülşən və Jalə Cəfərova bacıları çıxarılıblar.

“Onların hazırda hansı xəstəxanaya aparıldıqlarını araşdırıram. Telefonları dağıntılar altında qaldığı üçün əlaqə yaratmaq mümkün deyil. Sadəcə olaraq, onlarla birlikdə xilas edilən başqa bir soydaşımızın dediyinə görə, vəziyyətləri orta-ağır olub, haraya aparıldıqları barədə onun da məlumatı yoxdur. Gün ərzində sizə yeni məlumatlar göndərəcəyəm”, - deyə həmkarımız əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir