Azıx Mağarası
Azıx mağarası, 1960-cı ildə yerli əhali tərəfindən qalın kolluqlar içərisində aşkar edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960 - 1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparılşdır.
Kür Araz çayları vadisində Quruçay dərəsinin sol sahilindəki Tuğ çökəkliyində yerləşən Azıx mağarası qədim dövrün mədəni abidəsi kimi YUNESKO-nun siyahısına düşüb. Lakin 1992-ci ildən Ermənistan Respublikasının işğalı altına düşən bu abidə ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilmişdir.
1992-ci ildə Ermənistan və rus ordu birləşmələri tərəfindən Dağlıq Qarabağın işğalı zamanı Azıx mağarasından hərbi silah-sursat anbarı kimi istifadə edirdilər. Azərbaycan ərazilərinin işğalını başa çatdıran Ermənistanın Müdafiə Nazirliyi 1999-cu ildə mağaradan silah-sursatları boşaldılaraq mağarada qanunsuz qazıntı işlərinə başladıldı.
Azıx mağarasında aparılan qeyri-qanuni arxeoloji qazıntılara Ermənistan Hökuməti tərəfindən Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititunun alimləri, Böyük Britaniya, İspaniya, Niderland, İslandiya ölkələrinin alimlarini, Dağlıq Qarabağın erməni əhalisini, İrəvan Universitetlərinin tələbələrini cəlb edildilər. Ermənistanın bu qeyri-qanuni fəaliyyətinə Rusiya, Fransa və Amerika dövlətləri maliyyə dəstəyi verdilər.
Azıx mağarasındakı arxeoloji qazıntı işlərinə birinci mərhələdə rəhbərliyi İspaniya vətəndaşları İolant Fernandesə, sonra isə Patris Domintesə tapşırdılar . Sonrakı illərdə isə qazıntı işlərinə rəhbərliyi Britaniya vətəndaşı erməni əsilli Tanya Kinq Ovanesyan, Ermanistan tərəfdən isə Ermanistanın Arxeologiya və Etnoqrafiya İnsitutunun əməkdaşı Levon Episkoposyan təyin edildilər.
Qazıntı nəticəsində tapılan heyvan sümüklarini, əmək, məişət və ov alətlarini, məişət əşyalarını və digər əşya va nümunələri Quruçayın sularında yuyaraq, kisələrə doldurub labaratoriya analizlərindən keçirmak üçün Ermanistana oradan da Londona göndərirdilər.