hemle

"Bu Azərbaycanla ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxaracaq" - Rusiya XİN

Tarix:26-01-2023, 21:28
Baxış Sayı:131

Avropalı müşahidəçilərin meydana çıxması Azərbaycanla ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxaracaq.

Rusiya Xarici İşlər Nazirliyi Rusiya sülhməramlılarının Aİ-nin Ermənistandakı missiyasına reaksiya verib.

“ABŞ və NATO-nun əlavəsinə çevrilmiş və MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələri regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər”, - XİN-in bəyanatında deyilir.

Smolenskaya meydanında belə hesab olunur ki, “Brüsselin nəyin bahasına olursa olsun Ermənistanda möhkəmlənmək, Moskvanın vasitəçilik səylərini sıxışdırıb çıxarmaq cəhdləri” İrəvan və Bakının münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdlərinə zərər verəcək.

XİN əlavə edib ki, sərhəd xidmətləri vəziyyətin "yerdə" inkişafını nəzərə alaraq "Aİ müşahidəçilərinin davranışına" cavab verəcək.

Yanvarın 23-də Aİ Xarici İşlər Nazirləri Komitəsi Ermənistanda iki il müddətinə Aİ-nin yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. Brüsseldən verilən rəsmi açıqlamada müşahidəçilərin sayı göstərilmir. Politico-nun məlumatına görə, söhbət 100 mütəxəssisdən gedir.

Digər xəbərlər
21:45 Bakıda BÖYÜK SÖKÜNTÜ - Bu ərazilər plana düşür
10:05 Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
10:03 Gözlərin altındakı qara dairələr nəyin işarəsidir?
10:00 Tramp Putinə savaş elan etdi: Bu iki lider görün ona hansı məlumatı çatdırıb
09:58 Moskva bu dəfə İrəvana erməni vasitəsilə xəbərdarlıq etdi: Aqibətiniz yaxşı olmayacaq
09:53 Bakıda evlər kəskin bahalaşdı: Səbəbi bəllidir
09:47 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə BAXACAQ
09:44 Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bu tarixdə bərpa ediləcək