hemle

"Ora çəkilmiş vəsaitlər məhv olub gedir" - Deputat

Tarix:25-01-2023, 14:53
Baxış Sayı:131

"Vəkillər hələ də PCR test verməklə məhbusların yanına gedir".

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, təyyarədə gedənlər, xəstə yanına gedənlər üçün bu tələb ləğv olunubsa, cəzaçəkmə müəssisələrində də ləğv olunması məqsədəuyğun olar.

N.Həmzəyev Gəncəbasar zonasında tikilmiş cəzaçəkmə müəssisələrinin hələ də istifadəyə verilmədiyini diqqətə çatdırıb: “Gəncəbasar və cənub zonasında yeni cəzaçəkmə müəssisələri tikilib, demək olar ki, hazırdırlar, amma fəaliyyət göstərmirlər. Ora çəkilmiş vəsaitlər məhv olub gedir və bir müddət sonra daha çox vəsait tələb olunacaq. Dustaqların valideynləri, yaxınları görüş üçün uzun yol qət edərək, əziyyətlə Bakıya gəlirlər. Düşünürəm ki, bu il maksimum gələn ilə o cəzaçəkmə müəssisələri fəaliyyətə başlamalıdır”.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı