hemle

"İrəvan Gürcüstanda Bakı ilə danışıqlardan imtina edib" - İlham Əliyev

Tarix:19-01-2023, 23:31
Baxış Sayı:143

"Azərbaycan tərəfi Ermənistana Gürcüstanda iki ölkə liderlərinin görüşünü təşkil etməyi təklif edib".

Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib. Onun sözlərinə görə, respublika tarixən qonşu dövlətlərin nümayəndələrinin görüş yeri kimi çıxış edib.

“Bizim təklifimiz liderlərin görüşünü Gürcüstanda təşkil etmək idi, çünki Gürcüstan tarixən bütün qonşuların görüşdüyü yer olub. Amma Ermənistan buna hazır deyil”, - İlham Əliyev qeyd edib.

Azərbaycan prezidentinin də bildirdiyi kimi, hazırda İrəvan Bakının sülh müqaviləsi təklifinə hələ də cavab verməyib . O, həmçinin əlavə edib ki, Ermənistan nümayəndələri Davosda keçiriləcək Dünya İqtisadi Forumuna getməmək qərarına gəliblər.

“Ermənistan çox sadə olacaq və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişinin imzalanması təklifimizə cavab verməyib. Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Yohannes Xan Ermənistanın burada olmamasına eyham vurdu. Bəs Ermənistan niyə burada deyil? Çünki Ermənistan Gürcüstanla üçtərəfli əməkdaşlıq formatına başlamaq təklifimizi rədd etdi”, - prezident vurğulayıb.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan