hemle

Düşmənə torpaqlarımızı azad etmələri üçün konkret vaxt verməliyik

Tarix:25-04-2020, 00:19
Baxış Sayı:524

www.Fedai.az
Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində baxılmış və baxılan sənədləri, təklifləri sadaladıqdan sonra erməni tərəfi bir daha açıq şəkildə heç bir güzəştə getməyəcəklərini dünyaya meydan oxuyurmuş kimi bəyan etdilər. Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovun danışıqlar prosesindəki sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair müddəaların əksini tapması bəyanatına «Ermənistan Azərbaycana heç bir ərazi güzəştinə getməyəcək» deyə cavab verib.

Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev sərt danışdı.

Bildirdi ki, Xankəndindəki separatçı quldur rejimi –aprelin 22-də qanunsuz “müdafiə ordusu”nun komandanı general-mayor Calal Arutyunyanın rəhbərliyi ilə işğal altındakı Ağdam rayonunun Şahbulaq və Uzundərə ərazisindəki «Tiqranakert» adlandırılmış hərbi poliqonda təlimlər keçirib. Aldıımız məlumata görə ağır silah və zirehli texnikanın da qatıldığı təlimlərdə düşmən hərbçiləri həm müdafiə, həm də hücum tapşırıqlarını icra ediblər. Yəni erməni qulları öz ağaları Rusiyanın imitasiya xarakterli Lavrov-Kalantaryan açıqlamasına öz cavablarını veriblər. Çünki bu savaşda Rusiya heç zaman səmimi olmayıb və heç bu açıqlamada da səmi i deyil. Bu daha çox Lavrovun ermənilərə şifrəli mesajına bənzəməkdədir. Maraqlıdər ki, erməni tərəf bir qarış da torpaq verməyəcəyini deyir və Azərbaycan da öz tarixi torpaqlarından kimsəyə bir qarış da verməyəcəyini bəyan etdiyi halda Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla Azərbaycan XİN başçısı Elmar Məmmədyarov görüşüb nədən danışdıqları çox müəmmalıdır. Bu barədə xalqa məlumat verilməlidir. Bu danışıqlardan imtina etmək vaxtıdır. Düşmənlə danışıq yolu yalnız savaşdır. Erməni yığnağının anlayacağı tək bir yol var, o da gücdür. Bu gün modernləşdirilmiş və yüksək texnologi nailiyyətləri olan Azərbaycan ordusunun əsas vəzifəsi ərazilərimizi terrorçu ünsürlərdən təmizləməkdir. Düşmənə verdiyimiz hər dəqiqə bizim itkilərimiz sayılmalıdır.

F. Rzaquliyev düşmənlə düşmən kimi davranmağın vacib olduğunu dedi. Azərbaycan öz sərhədlərinin bərpası və ölkə ərazisində antiterror əməliyyatlarına başlamaq üçün sərt şəkildə öz tələblərini düşmən tərəfə torpaqlarımızı azad etmələri üçün konkret vaxt verməklə elan etməlidir. 27 illik danışıqların onsuz da sonu bir gün savaşdır. O günü 1 milyon insan gözləyir. Düşmən tərəfinin 70-80 minlik zorla saxladığı qoca-qaltaq əhalinin güya Azərbaycanın 20% torpağını işğal etməsi yalanı ilə dünyanı Rusiya və digər havadarları sayəsində məhcul bir zamanadək aldatmağı planlamaqdadır. Biz bu aldatmacaya son qoymalıyıq. Bu mənfur və hiyləgər düşməni Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında öıkəmizdən qovmalıyıq!

Elnur Səlim

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ