hemle

Generallar Kəlbəcərdə - VİDEO

Tarix:29-12-2022, 14:29
Baxış Sayı:125

Müdafiə nazirinin tapşırığına uyğun olaraq nazir müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni inşa edilmiş yerləşmə məntəqələrinə baxış keçiriblər və döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni yerləşmə məntəqələrində qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün yüksək peşəkarlıqla tikinti-quruculuq işləri aparılıb və bütün zəruri şərait yaradılıb.
Burada qərargah, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, müxtəlif təyinatlı anbarlar, döyüş və avtomobil texnikasının saxlanması üçün park, eləcə də digər infrastruktur obyektləri mövcuddur.

Yerləşmə məntəqələrində işıq, su və dayanıqlı rabitə, xətləri çəkilib, mərkəzləşdirilmiş istilik sistemi, eləcə də fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar və günəş panelləri ilə təchiz edilib.

Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra onların döyüş hazırlığı yoxlanılıb. Hərbi qulluqçular sərt iqlim və kəskin relyefli ərazilərdə hərəkəti təmin edən xüsusi təyinatlı texnikadan və tanklardan istifadə etməklə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Daha sonra Kəlbəcərdə yerləşən bir neçə döyüş mövqeyində olan nazir müavinləri burada hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıblar.
Məruzə olunub ki, azad edilmiş ərazilərdə xidmət edən şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.

Hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş hazırlığının yüksək qiymətləndirib və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eləcə də Yeni il münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb və bayram hədiyyələrini təqdim ediblər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir