hemle

Aleksandar Vuçiç: “Azərbaycandakı inkişaf Prezident İlham Əliyevin uzaqgörənliyindən xəbər verir”

Tarix:21-12-2022, 19:37
Baxış Sayı:123

“Mən sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən sizin səmimi dostunuzuq. Nə üçün mən qısa çıxışıma bununla başladım? Çünki Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar”.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycandakı inkişafın neft və qaza görə olmadığını qeyd edən Serbiya Prezidenti deyib: “Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırşlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir”.

Aleksandar Vuçiç vurğulayıb ki, “Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi. Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq”.

Digər xəbərlər
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı
22:55 İran yaxın saatlarda Ramat David aviabazasını VURACAQ
22:54 Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır
22:53 Gülüşün sağlamlığa faydası: Görün nələrə qadirdir
22:52 İsraildə ilişib qalan 40 min turistin taleyi necə olacaq?
22:51 Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
22:50 Hacıların ilk qrupu vətənə qayıtdı