hemle

Serbiya prezidenti İlham Əliyevi rəsmi səfərə dəvət etdi

Tarix:3-05-2021, 16:10
Baxış Sayı:309

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Bununla bağlı Prezident İlham Əliyev tərəfindən bu gün etimadnaməsi qəbul edilən Serbiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç məlumat verib.

“Prezident Vuçiçin Sizin Serbiyaya rəsmi səfər etməyinizlə bağlı dəvətini çatdırmaq istərdim. O qeyd etdi ki, həm rəsmi Bakının, həm də rəsmi Belqradın qarşısında Qoşulmama Hərəkatının və Belqradda keçirilmiş 1-ci sammitin 60-cı ildönümünün təşkili ilə bağlı fəal iş durur. O, hərəkatın təsisçisi olan dövlətlərin - Hindistan, Misir, İndoneziya və Qananın liderlərini və əlbəttə ki, Hərəkatın sədri olaraq Sizi bu münasibətlə dəvət etmək niyyətindədir. Siz, Prezident Vuçiçlə birlikdə tədbirə ev sahibliyi edəcəksiniz. O vurğuladı ki, bu, onun şəxsi təşəbbüsü olub və sammit Sizin üçün, Azərbaycan Respublikası və Serbiya Respublikası üçün tarixi əhəmiyyət kəsb edəcək”.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ