hemle

Naxçıvanın dövlət qurumları ilə bağlı YENİLİK

Tarix:10-12-2022, 14:30
Baxış Sayı:175

Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatları “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarına uyğun audit yoxlamalarından keçirildikdən sonra “GOV.AZ” domenləri ilə təmin ediləcək.

hemlemedia.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, onlar “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 19 iyun tarixli Fərmanına əsasən mühafizə olunacaq.

Xidmətin əməkdaşları dekabrın 6-8-də muxtar respublikada dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də yeni qurulmaqda olan “ASAN xidmət” mərkəzinə dövlət xidmətlərinin təhlükəsiz çatdırılması məsələləri ilə bağlı NAR-da səfərdə olublar. Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi vəziyyətinə baxış keçirilib, kibertəhlükəsizliyi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi, qorunması, məlumat mübadilə sistemlərinin tərkib hissəsi kimi mühafizəsinin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə görüşlər keçirilib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sahə üzrə mütəxəssisləri üçün təlimlər keçirilib və nazirliyin kibergigiyena layihəsinə qoşulması razılaşdırılıb. Səfər zamanı “AzstateNet” internet, voice və data şəbəkəsinin dövlət qurumlarında təmin edilməsi imkanlarının araşdırılması məqsədilə dövlət qurumlarının şəbəkələşmə vəziyyəti Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə yerində qiymətləndirilib.

Nazirliklə keçirilmiş görüşdə muxtar respublikanın dövlət qurumlarına aid informasiya ehtiyatlarında audit yoxlamaları nəticəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aşkarlanmış və 2021-ci ilin noyabrında təqdim olunmuş çoxsaylı kritik təhlükəsizlik boşluqları və onların aradan qaldırılması yolları nazirlik ilə birgə müzakirə olunub. Təhlükəsizlik yenilənmələri dayanmış və çoxsaylı boşluqlar aşkarlanmış köhnə versiyalı 111 dövlət informasiya ehtiyatının 11-nin hazırda Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən yeniləndiyi bildirilib.

Yenilənmiş 11 informasiya resursunun təhlükəsizlik auditləri üçün Dövlət Xidmətinə təqdim edilməsi və “GOV.AZ” domen zonasına köçürülməsinin planlı olaraq cari ilin sonuna qədər həyata keçirilməsi razılaşdırılıb. Digər resursların yenilənərək təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi işlərinin növbəti ilin birinci yarımilində tamamlanması planlaşdırılır.

Digər xəbərlər
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış
20:15 "iPhone"-da təhlükəsizlik boşluğu: insanlara xəbərdarlıq edildi