hemle

Əli Əsədov İnvestisiya Holdinqin Müşahidə Şurasının iclasını KEÇİRDİ

Tarix:7-12-2022, 18:29
Baxış Sayı:160

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, 7 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində AİH-in idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin birinci yarımilliyi üzrə fəaliyyət Hesabatı, Portfel şirkətlərinin korporativ idarəetmə standartları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hüquqi-korporativ strukturunun təkmilləşdirilməsi və istiqraz buraxılışı, “Azərbaycan Hava Yolları” QSC-ə aid xüsusi əhəmiyyətli əqdin bağlanması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.


İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və AİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir