hemle

İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi

Tarix:7-12-2022, 13:15
Baxış Sayı:138

İranın Kərəc şəhərində yaşayan həkim Həmid Qarahəsənli barəsində ölüm hökmü verilib.

hemlemedia.az “BBC”yə istinadən xəbər verir ki, 53 yaşlı radioloq Həmid Qarahəsənli İranda keçirilən etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvünün bıçaqlanaraq öldürülməsi işi üzrə ittiham edilərək edam cəzasına məhkum edilib.

H. Qarahəsənlinin həyat yoldaşı, 46 yaşlı Fərzanə Qarahəsənli isə 25 il müddətə azadlıqdan məhrum edilib.

Yerli media sözügedən cütlüyün azərbaycanlı olmasını iddia edir.

Qeyd olunur ki, ailə ölkədəki etirazlar zamanı öldürülən Hədis Nəcəfi adlı qadının 40 mərasiminə qatıldıqdan sonra saxlanılıblar. Daha sonradan cütlüyə qarşı ittihamlar irəli sürülüb.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR