hemle

SƏUDİYYƏ ƏRƏBİSTANINDA EDAM HÖKMÜ BU ŞƏXSLƏR ÜÇÜN LƏĞV EDİLDİ

Tarix:27-04-2020, 19:30
Baxış Sayı:402

Səudiyyə Ərəbistanında uşaq yaşlarında törədilən cinayətlər üçün tətbiq edilən edam hökmü qərarı ləğv edilib.

ONN media xəbər verir ki, bu barədə ölkənin İnsan Hüquqları Komissiyası sosial media hesabından məlumat yayıb.

Komissiyanın sədri Avvad ibn Saleh əl-Avvad açıqlamada bu ifadələrə yer verib: “Krallığın bəyannaməsi əsasında yetkinlik yaşına çatmayan şəxslər törətdiyi cinayət qarşılığında ölüm cəzasına məhkum edilməyəcək. Bunun əvəzində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub”.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanında törədilən bəzi cinayətlər üçün nəzərdə tutulan qamçılama cəzası həbs cəzası ilə əvəz olunub.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı