hemle

“İranda ötən həftə ərzində 40-dan çox insan öldürülüb” - BMT

Tarix:23-11-2022, 18:06
Baxış Sayı:169

İranda ötən həftə ərzində 40-dan çox insan öldürülüb. Sözügedən şəxslər arasında iki yeniyetmə də var.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, dinc etiraz aksiyalarında iştirak etdiyinə görə ölkə boyu minlərlə insan saxlanılıb.

Komissarlığın rəsmi sözçüsü Ceremi Lourensin sözlərinə görə, etirazlarla bağlı saxlanılan azı 6 nəfər barəsində ölüm hökmü çıxarılıb. Həmin şəxslər “Allaha qarşı müharibə aparmaq” və digər bu kimi ittihamlarla mühakimə olunub.

“Etirazlara öz dəstəyini bildirən iranlı məşhurlar, kişi və qadın idmançılar polis bölmələrinə çağırılıb və yaxud həbs olunublar”, - deyə Lourens qeyd edib.

OHCHR-in məlumatına görə, həftə sonu ərzində iki 16 yaşlı yeniyetmə də daxil olmaqla 6 nəfər öldürülüb. Bildirilir ki, sentyabrın 16-sı başlayan etiraz aksiyaları zamanı ümumilikdə 300-dən çox insan həlak olub. Onlar içərisində 40 uşaq var.

Ali Komissarlıq, həmçinin hökumət nümayəndələrinin ölənlərin cəsədlərini ailələrinə verməkdən imtina etmələri və ya media ilə danışmamaq şərti ilə onların azadlığa buraxılması “şərti”ni qoyması ilə bağlı narahatlıqlarını təkrarlayıb.

“Cəsədlərin ailələrinə verilməməsinə gəlincə, bu, əlbəttə ki, bizi çox narahat edir. Bunun arxasında hansı motiv olduğunu bilmirəm. Amma ailələrin öz yaxınlarının cəsədlərini almaq hüququ var. Bunun olmaması qəddarlıqdır”, - deyə Ceremi Lourens bildirib.

O, həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları etirazçılara qarşı daha sərt davranmağa başlayıblar.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir