hemle

Əli İnsanovdan İlham Əliyevə məktub: Bunu borc bilirəm!

Tarix:19-11-2022, 15:40
Baxış Sayı:152

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubun mətnini təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına!

Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm.

Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının lideri, mərhum prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram.

Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanları isə bu yubiley bayramı münasibətilə ən xoş duyğularla təbrik etməyi özümə borc bilirəm.

Cənab Prezident!

Sizin, Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi 44 günlük Vətən savaşında tarixi zəfəriniz, uzun illərin Qarabağ problemini həll edə bilməyiniz xalqımızı sevindirdi və xalqın unudulmaz lideri Heydər Əliyevin ruhunu şad etdi.

Cənab Prezident!

Sizi bir daha Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, ölkəmizin firavanlığı və Xalqımızın xoşbəxtliyi uğrunda bütün sahələrdə apardığınız işlərdə uğurlar arzulayıram”.

Axar.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir