hemle

“Sədərək”də 30 min manatı döyülərək alınan sahibkarı izləyirmişlər - TƏFƏRRÜAT + VİDEO

Tarix:16-11-2022, 10:32
Baxış Sayı:142

Bakıda mağazada satıcı və müştərilər gedən kimi obyektə basqın edilib, sahibkara ağır xəsarətlər yetirilib.

Hadisə paytaxtın Qaradağ rayonu, ”Sədərək” Ticarət Mərkəzində qeydə alınıb.

Təsərrüfat malları satılan mağazalardan birinə basqın edən naməlum şəxs və ya şəxslər sahibkarı döyüb, obyektdən külli miqdarda pul aparıblar.

Zərərçəkmiş Şakir Ağayevin övladlarının “Xəzər Xəbər”ə verdikləri məlumata görə, hadisə axşam saatlarında satıcılar getdikdən sonra, ataları mağazada tək olarkən baş verib.

Şakir Ağayevlə qonşu mağazada işləyənlər də bildirdilər ki, naməlum şəxs və ya şəxslər onu izləyib, bu cinayəti törədiblər.

Ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, məlumat daxil olan kimi yaralı Şakir Ağayevə ilk tibbi yardımı ticarət mərkəzinin əməkdaşları göstəriblər. Daha sonra o xəstəxanaya aparılıb, hazırda vəziyyəti normaldır.

Həmin mağazanın qarşısında təhlükəsizlik kamerası olmasa da, ticarət mərkəzinin ümumi ərazisində kameralar var.

Faktla bağlı rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanıb, bu əməli törədən şəxs və ya şəxslərin axtarışı aparılır.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar