hemle

Karantin rejimi nə vaxt bitəcək?

Tarix:1-11-2022, 14:31
Baxış Sayı:129

“Karantin rejiminin müddətinin uzadılması Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın bitdiyini elan edəcəyi zamana qədər qabaqlayıcı metodlardan biridir”.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.

N.Əliyev qeyd edib ki, bununla paralel olaraq gigiyena qaydalarına, kütləvi toplanma məkanlarında məsafə saxlanılmasına və özündə respirator əlamətlər hiss edənlərin maska rejiminə riayət etməsi məsləhətdir:

“Xüsusilə yaşlı təbəqə, ağır xroniki xəstəliyi olanlar üçün həm mövsümü infeksiyalar, həm də koronavirus öz ağırlıq dərəcəsini saxlayır. Lakin hazırkı dönəmdə COVID-19-un ağırlaşma dərəcəsi son iki il ərzində ən aşağı haldadır. Lakin bu, o demək deyil ki, insanlar rahat olmalıdırlar. Pandemiya bitənə qədər iki il ərzində təkidlə tövsiyə edilən qaydalara əməl edilməsi vacibdir. Ən önəmli məqamlardan biri də vaksinasiyadan keçməyənlərin peyvəndlənməsi, xüsusilə də “buster” dozanın qəbul edilməsidir”.

Digər xəbərlər
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ