hemle

Qulu Məhərrəmlidən Afaq Bəşirqızının söyüşünə KƏSKİN İRAD: “Güzəşt olmayacaq”

Tarix:21-04-2020, 22:24
Baxış Sayı:847

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızının Elgiz Əkbərin ARB telekanalında yayımlanan verilişində qeyri-etik ifadələr səsləndirməsi ölkənin əsas gündəm mövzusuna çevrilib.

Turkustan.info xəbər verir ki, media eksperti, professor Qulu Məhərrəmli vəziyyətə münasibətini bildirib.

O, hesab edir ki, belə xoşagəlməz məsələnin üzərində çox dayanmağa dəyməz: “Milli Teleradio Şurasının ARB-nin yayımını 6 saat dayandırması cəzası doğru qərardır. Amma hesab edirəm ki, çox da ədalətli deyil. Çünki burada çox açıq görünür ki, televiziyanın özünün rolu və günahı kifayət qədər deyil. Hər halda televiziyada işləyən hər kəs bilir ki, efirə gedən səsi 10 saniyə ləngitmək imkanı var. Görünür ki, bu məsələləri gələcəkdə nəzərə almaq lazım olacaq.

Xalq artistinin söyüşlə danışması isə həddən artıq həssas məsələdir, xüsusən tanınan adamların. Odur ki, efirə qoşulanda, yaxud efirdə olarkən davranış və danışıqlarına ciddi diqqət yetirməlidirlər. İstər ictimai fiqur, istərsə də sıradan bir şəxs efirdə və ya mikrofon qarşısında çox hövsələli, səbirli və təmkinli olmalıdır. Söyüş söymək olmaz və bunu hər kəs bilir. Əlbəttə ki, arzuolunmaz hadisədir. MTRŞ-nın da addımları göstərdi ki, belə məsələlərdə güzəşt olmayacaq, prinsipial yanaşılacaq. Odur ki, canlı efirdə çalışan rejissorlar, televiziya prodüserləri bunu nəzərə almalıdır ki, efirimizi nə qədər təmiz saxlasaq, bir o qədər yaxşı olar. Çünki efir nümunə, təbliğat vasitəsidir, nəzərdə tutmaq lazımdır ki, televiziya ictimai tribunadır və burada davranışlar xüsusi çərçivədə olmalıdır”.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı