hemle

Dərsdə vəfat edən qızın atası da eyni səbəbdən ölübmüş - Foto

Tarix:19-10-2022, 12:26
Baxış Sayı:131

Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb.

Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov Modern.az-a Zarinanın özünəqapalı qız olduğunu bildirib, onun ölümü haqda danışıb: “Onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”.

Direktorun sözlərinə görə, bir gün öncə Zarina özünü narahat hiss etdiyini deyirmiş: “Hadisədən bir gün əvvəl rayona anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün getmişdi, bizdə olan məlumata görə, orada özünü pis hiss edib, sonra vəziyyəti normallaşıb. Amma vəfat etdiyi gün dərs müddətində narahatlığı olmayıb”.

A.Səmədov qızın atasının da gənc yaşlarında qəflətən dünyasını dəyişdiyini deyib: “Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”.

Kənd bələdiyyəsindən sayta bildirilib ki, məktəblinin ölümü ilə bağlı ekspertiza araşdırması aparılır. Araşdırma nəticəsindən sonra onun hansı səbəbdən öldüyü müəyyənləşəcək.

Qeyd edək ki, Zarina Əzizovanın ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Onun atası da eyni səbəbdən vəfat edib.

Xatırladaq ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Z. Əzizovanın fotolarını təqdim edirik:

Dərsdə vəfat edən qızın atası da eyni səbəbdən ölübmüş - Foto

Digər xəbərlər
14:36 Ermənilər saydığını saysın, gör iqtisadi göstəricilər nə deyir: Moskva DETALLARI AÇDI
10:14 İrəvan Bakının bu layihəsinə qoşulmaq istəyir - Paşinyan açıqladı
10:09 Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda konfransı başladı
10:01 Böyümüş limfa düyünləri: Nə zaman narahat olmaq lazımdır?
09:58 İstanbulda gənc silahla bütün ailə üzvlərini qətlə yetirib
09:54 Bu xəstəliklər COVID-19-dan ÖLÜM RİSKİNİ ARTIRIR
09:51 Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA - "Bu onlara niyə lazımdır?"
09:48 Çin süni intellektlə ABŞ-ı LƏRZƏYƏ GƏTİRİR - Onlara da qadağa qoyuldu