hemle

“Əgər mən komandirəmsə” filminin çəkilişləri sona çatdı.

Tarix:13-10-2022, 23:08
Baxış Sayı:188

“Əgər mən komandirəmsə” filminin çəkilişləri başa çatdı və Agentlik filmin yayınlanmasına icazə verən rəyini bildirdi.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrand müsabiqəsində qalib olmuş Əhalinin Maarifləndirilməsinə Mütəxəssislərin Dəstəyi İctimai Birliyinin “Əgər mən komandirəmsə” adlı filmin çəkilməsi layihəsinin icrası zamanı “Əgər Mən konadirəmsə” filminin çəkilişləri sona çatdı. Layihə əsasən Saatlı rayonunda icra ediləcəkdir. Şəhid kiçik leytenant Anar Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə çəkiləcək “Əgər mən komandirəmsə” filminə aid disklər çoxaldılaraq paylanacaq.
Layihənin tanıtmaq istədiyi qəhraman Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Anar Məmmədov, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Anarın həyatını əks etdirən, döyüş fəaliyyətini təbliğ edən filmin təqdimat tədbiri Sabirabad rayonunda keçiriləcəkdir. Oktyabr ayında Anarın anım günü və doğum günü keçiriləcəkdir.
Lasyihənin icrası məqsədi ilə 18 oktyabr 2022-ci il tarixində Saatlı rayonunun Mustafabəyli kənd orta məktəbində yuxarı sinif şagirdləri arasında şəhid Anar Məmmədovun anım gününə və onun tanıdılmasına həsr edilmiş yazı müsabiqəsi keçiriləcəkdir.
25 oktyabr 2022-ci ilı tarixində isə Anar Məmmədovun doğum günü münasibəti ilə onun xatirəsinə həsr edilmiş “Əgər mən komandirəmsə” filminin təqdimat tədbiri Saatlı rayon Mədəniyyət evində keçiriləcəkdir.

Layihənin rəhbəri Famil Gözəlov





Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT