hemle

Zəngəzur dəhlizi niyə müzakirə olunmadı? - VİDEO

Tarix:7-10-2022, 22:15
Baxış Sayı:167

“Avropa siyasi birliyi” Zirvə toplantısı çərçivəsində keçirilən dördtərəfli görüşdə imzalanan bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması sual doğurub.

Ekspertlərin fikrincə bu, onunla bağlıdır ki, məsələ üçtərəfli bəyanatla tənzimlənir. Bu da Praqa bəyanatına Zəngəzur dəhlizi ilə bağlı əlavə bəndin salınması zərurətini aradan qaldırır.

Təbii ki, Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı üzərinə götürdüyü öhdəliklərin icrasına məcbur edib. Bu proses məntiqi sonluğa kimi davam etdiriləcək. Çünki dəhlizin açılması nəinki Azərbaycan, regionun aparıcı ölkələri üçün də prioritet məsələyə çevrilib. Elə Praqada qəbul edilən sənədin müddəaları da bu prosesi daha da sürətləndirir və ölkəmizin maraqlarına tam cavab verir.

Millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, postmüharibə dövrünün bugünkü mərhələsində belə bir sənədin imzalanması sülh müqaviləsi, eləcə də sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasıyalarının açılması ilə bağlı növbəti addımların atılması baxımından daha əlverişli şərait yaradır.

Məlum məsələdir ki, nəqliyyat-kommunikasiya məsələlərində ölkəmizin mövqeyi dünya miqyasında dəstəklənir. Azərbaycanın da məqsədi bu paralelliyi qoruyub saxlamaqdır. Çünki Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar gətirəcək.

Daha ətraflı Baku TV-nin süjetində:

Digər xəbərlər
15:34 Bakıdan ilk bu universitetlər KÖÇÜRÜLƏCƏK
15:29 Ağcabədidə qumbaranın partlaması nəticəsində yaralananların SON VƏZİYYƏTİ
15:00 Paşinyan: "İrəvan Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmağı təklif edib"
14:36 Ermənilər saydığını saysın, gör iqtisadi göstəricilər nə deyir: Moskva DETALLARI AÇDI
10:14 İrəvan Bakının bu layihəsinə qoşulmaq istəyir - Paşinyan açıqladı
10:09 Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda konfransı başladı
10:01 Böyümüş limfa düyünləri: Nə zaman narahat olmaq lazımdır?
09:58 İstanbulda gənc silahla bütün ailə üzvlərini qətlə yetirib