hemle

Gürcüstan XİN-dən Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı BƏYANAT

Tarix:28-09-2022, 19:38
Baxış Sayı:189

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb.

hemlemedia.az gürcü mətbuatına istinadən xəbər verir ki, bəyanatda Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə gəlişindən və Suxumidə işğalçı rejiminin nümayəndələri ilə görüşündən dərin narahatlıq ifadə olunub.Qeyd olunub ki, Belarus Prezidentinin səfəri Gürcüstanın dövlət sərhədinin, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və XİN bu səfəri pisləyir.

“Biz Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan bu cür hərəkətlərə yol verməməyə çağırırıq”, - deyə XİN-in bəyanatında bildirilib.

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı