hemle

““Şimal axını”ndakı qəza qəsdən törədilib”

Tarix:28-09-2022, 13:32
Baxış Sayı:174

“Əldə olan məlumatlar onu göstərir ki, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində qeydə alınan sızma qəsdən törədilmiş əməllərin nəticəsidir”.

Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

“Biz nə və niyə baş verdiyini aydınlaşdırmağa yönələn istənilən araşdırmanı dəstəkləyirik”, - deyə Borrell qeyd edib.

Xatırladaq ki, Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri olan “Şimal axını” və “Şimal axını-2” eyni vaxtda üç yerdən sızıb. Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir