hemle

“Gəncə, Tərtər...” - Paşinyandan yeni ərazi iddiaları

Tarix:19-04-2020, 19:36
Baxış Sayı:743

"Paşinyan Qarabağda öz komandasını formalaşdırmaq, köhnə komanda ilə xoşluqla və ya ərizə ilə vidalaşmaq istəyir"

GancaPost saytı xəbər verir ki, bunu Gündəlik Teleqraf-a politoloq Qabil Hüseynli deyib.

“Düzdür, separatçıların İrəvana çağırılmasını Azərbaycan ordusunun təmas xəttinə yaxın mövqelərdə fəallaşması ilə izah edirlər, əslində isə Paşinyan separatçı rejimi xoşluqla istefaya getməyə məcbur edir. Bundan sonra öz adamlarını Qarabağda yerləşdirmək istəyir.

Erməni baş nazir bu planını “Azərbaycan təhlükəsi” iddiası adı altında gizlətməyə çalışır, bununla da Qarabağı tamamilə öz nəzarətinə keçirmək niyyəti güdür”.

Qabil Hüseynli Ermənistan baş nazirinin separatçı rejimdə dəyişiklik planının Ermənistan-Azərbaycan münaqişəsinə təsir imkanlarına da toxunub:

“Paşinyandan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe gözləmirəm. Nikol Paşinyan manyakal keyfiyyətlərə malik olan bir siyasətçidir. Belə adamlarda təfəkkür demək olar ki, yox dərəcəsində olur, onlar baş verən prosesləri adekvat qiymətləndirmək imkanlarına sahib deyillər.

Hətta Köçəryan və Sərkisyan münaqişə ilə bağlı reallığı əks etdirən təkliflər irəli sürürdülərsə, bu adam isə yeni ərazilər iddiasındadır, Naxçıvanla, Tərtərlə bağlı iddiaları irəli sürür, hətta ətrafındakı adamlar Gəncə ilə bağlı iddialarını dilə gətirir. Başqa sözlə, bu adam başdan-ayağa avantüristdir. Onun bu avantürası bölgəni hələ bir xeyli çalxalayacaq”.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR