Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Şəhidlərimizi yaşadaq, “Şəhid taleyi” filminin çəkilməsi” adlı layihənin icrasını “Şəhid Ailələrinə Qayğı Cəmiyyəti” həyata keçirir. Layihənin məqsədi şəhidlərimizin adlarının əbədiləşdirilməsidir.
Azərbaycan oğulları vətən sevgisi uğrunda canlarından keçdilər. İgidlərimizin yolları vətən sevgisində üst-üstə düşdü. Üst-üstə düşən yollar onların şəhidlik zirvəsinə qədər apardı. Əmisi Nadirin şəhid olduğu 1994-cü ildə o, dünyaya göz açdı. Şəhidin adını yaşatmaq naminə Rzayevlər ailəsinin yeni oğul övladına Nadirin adını yaşatsın deyə ona bu adı verdilər. Amma Nadir adını daşıdığı əmisinin ömrünü yaşadı. Gənc Nadir əmisi Nadir Rzayevin şəhid olduğu Füzuli rayonunda vətən uğrunda şəhid oldu. Bəlkə də bu taleyin yazısı, bəlkə də düşmənin qatil əli idi.
Sentyabr ayı ərzində “Şəhid taleyi” filmi hazır olacaq. Film çəkilişləri artıq başlanıb yaxın günlərdə sona çatdırılacaq. Əmi Nadirlə qardaş oğlu Nadir sevincli və kədərli xatirələrlə dolu bir filmlə tarixə yazılacaqlar.
2022-ci ilin sentyabr ayının birindən başlayan layihə 2022-ci ilin noyabr ayının birində başa çatacaq.
Layihənin rəhbəri Müşfiq Əliyev