hemle

Azərbaycan daha 5 erməni hərbçini geri qaytardı -YENİLƏNİB

Tarix:8-09-2022, 22:17
Baxış Sayı:189

Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.

Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib:

- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.

xxx

17:42

Azərbaycan bu gün daha 5 erməni hərbi qulluqçunu Ermənistana təhvil verəcək.

Bu barədə Ermənistan mətbuatında məlumat dərc olunub.

Bildirilib ki, sözügedən hərbçilərin təhvil verilməsi prosesi Ermənistanla sərhədyanı zonaların birində baş tutacaq.

Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan da Vladivostokda erməni icması ilə görüşündə əsrlərlə bağlı çıxış edib: "İstər Rusiya ilə təmaslarımızda, istər Azərbaycanla, istərsə də digər tərəfdaşlarımızla təmaslarımızda məhbuslar məsələsi daim bütün səviyyələrdə diqqət mərkəzindədir".

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...