hemle

İtaliya rusiyalı oliqarxın 11 villasına həbs qoydu

Tarix:1-09-2022, 09:53
Baxış Sayı:170

İtaliya rəhbərliyi rusiyalı milyarder Vyaçeslav Kantorun 11 villasına həbs qoyub.

hemlemedia.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “L’Unione Sarda” nəşri yayıb.

Nəşr rusiyalı oliqarxın Sardiniya adasındakı daşınmaz əmlakına həbs qoyulduğunu vurğulayıb.

Bildirilir ki, burada söhbət əsas olaraq milyarderin əvvəllər İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin ailəsindən aldığı villalardan gedir.

Nəşr, həmçinin yazır ki, Ukraynadakı müharibə ilə əlaqədar Kantora qarşı sanksiyalar tətbiq edildikdən sonra Avropa Şurası cari ilin aprelində milyarderin aktivlərinə həbs qoyulması barədə göstəriş verib.

V.Kantora qarşı sanksiya tətbiq edilməzdən əvvəl rusiyalı oliqarx mineral gübrələr istehsal edən “Akron” şirkətinin sahibi olub. Onun sərvəti 4,6 milyard dollar olaraq qiymətləndirilirdi.

Bununla yanaşı, İtaliya nəşri Kantorun Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə sahib olduğunu qeyd edib.
İtaliya rusiyalı oliqarxın 11 villasına həbs qoydu

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir