hemle

Mədət Quliyev sabiq DTX əməkdaşını özünə müşavir təyin etdi

Tarix:29-08-2022, 13:50
Baxış Sayı:184

Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

hemlemedia.az Apa-ya istinadən xəbər verir ki, bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif edilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir