hemle

Bu gün Milli Qəhrəman İsgəndər Aznaurovun vəfatının 27-ci ildönümüdür. Allah rəhmət eyləsin!

Tarix:18-04-2020, 15:44
Baxış Sayı:574

Bakı. Trend:

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurovun vəfatının 27-ci ildönümüdür.

Trend-in məlumatına görə, xalq arasında "Topçu İsgəndər" kimi tanınan Milli Qəhrəman 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlib.

Qəhrəmanın Qarabağ müharibəsi zamanı Gədəbəy rayonunda gedən döyüşlərdə göstərdiyi misilsiz qəhərəmanlıq nümunələri bu gün də xalqımızın dilində əzbərdir.

Topçu İsgəndər 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub, Gədəbəyin Şınıx bölgəsində yerləşən və indi onun adını daşıyan qaladan bir gündə düşmənin 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, həmçinin düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb.

1993-cü ilin yaz aylarında isə hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv edib və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirib.

Döyüşkən ruhu ilə dillərə dastan olan Milli Qəhrəman Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar ”, “Ləzgi qayası” əməliyyatlarında da xeyli düşmən texnikası və canlı qüvvəsini məhv edib.

1993-cü il aprelin 18-də isə Gədəbəydə “Örükdaş”da düşmənin 13 texnikasına qarşı 3 növ texnika ilə vuruşub. Səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina eden Milli Qəhrəman arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə - döyüşlərin ən qızğın hissəsinə yollanıb.

Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gələrək, qəhrəmancasına həlak olub. Qəhrəman Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

Məqalədə:
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurov

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...