hemle

Ukraynada itkin düşən azərbaycanlı polis və ailəsi TAPILDI

Tarix:16-08-2022, 10:47
Baxış Sayı:160

Ukrayna polisinin əslən azərbaycanlı əməkdaşı, bir neçə ay əvvəl itkin düşən Ruslan Musayev və ailəsi bugünlərdə tapılıb.

Bu barədə report-a R.Musayevin qohumu məlumat verib.

O, qeyd edib ki, R.Musayev bir neçə gün əvvəl doğmaları ilə əlaqə saxlayaraq ailəsinin sağ-salamat olduğunu bildirib. Ukraynanın hüquq-mühafizə orqanlarının azərbaycanlı əməkdaşı hər şeyin qaydasında olduğunu qeyd edib.

Ruslan Musayev bununla belə hərbi zərurət baxımından harda olduğunu açıqlamayıb.

Qeyd edək ki, Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı ailəsi ilə birlikdə martda itkin düşmüşdü və qohumları bir neçə ay idi onlarla əlaqə saxlaya bilmirdi.

Yaxınları Ruslan Musayevlə sonuncu dəfə martın 1-də əlaqə saxlamışdılar. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumat yox idi.

Qeyd edək ki, R.Musayevn Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətləri ilə dəfələrlə fərqlənib və mükafatlar alıb.

R.Musayevin atası da Ukrayna polisində çalışıb və hazırda təqaüddədir. Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda onun bacısı Kristina da hazırda polisdə çalışır. Martın əvvəllərində Kristina ilə də əlaqə itsə də, həmin ayın sonlarında onunla əlaqə saxlamaq mümkün olub.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ