hemle

Rusiya Ukraynada hərbi hissəni vurdu - Yenilənib

Tarix:28-07-2022, 14:30
Baxış Sayı:198

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Kiyev vilayətinə raket zərbəsi endirib.

hemlemedia.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba açıqlayıb.

Məlumata görə, zərbə vilayətin Vışqorod rayonuna endirilib. Hazırda hadisə nəticəsində ölənlərin olub-olmaması araşdırılır.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin sədrinin müavini Aleksey Qromovun sözlərinə görə, Rusiya ordusu Vışqorodun Lyutej kəndində hərbi hissəyə zərbə endirib.

Onun sözlərinə görə, Rusiya tərəfi hərbi hissəyə “Kalibr” qanadlı raketləri ilə 6 zərbə endirib. Zərbə nəticəsində bir bina dağılıb, daha ikisi isə zədələnib.

Qromov Rusiya ordusunun Qara dəniz ərazisindən atəş açdığını da vurğulayıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir