hemle

Gədəbəy rayonunda 100 aztəminatlı ailəyə ərzaq yardımı edil.

Tarix:16-04-2020, 14:25
Baxış Sayı:391

Bakı, 15 aprel, AZƏRTAC

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva Gədəbəy rayonunda 100 aztəminatlı ailəyə ərzaq yardımı edib.

Y.Abdıyeva AZƏRTAC-a bildirib ki, koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı xüsusilə regionlarda maddi imkanı aşağı olan ailələrdə ərzaqla və digər gündəlik zəruri ehtiyaclarının təminatında müəyyən problemlər olduğu nəzərə çarpır. Bu həssas dövrdə aztəminatlı ailələrə xüsusi diqqət və qayğının göstərilməsi çox vacibdir.

İctimai Birliyin sədri dövlətimizin belə kateqoriyadan olan insanları daim diqqət mərkəzində saxladığını, onların sosial rifah halının yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü diqqətə çatdırıb. O, xüsusi karantin dövründə bir çox qurumların, o cümlədən vətəndaşların da fərdi olaraq maddi imkanı zəif olan, o cümlədən yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara, aztəminatlı ailələrə ərzaq yardımı etdiklərini vurğulayıb.

Y.Abdıyeva diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə sevinc bəxş edən belə xeyirxah təşəbbüslərin davam etdiriləcəyinə inandığını bildirib və imkanı olan vətəndaşları həmin kateqoriyadan olan şəxslərə maddi və mənəvi dəstək göstərməyə səsləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı