hemle

Nur-Sultanda karantin tədbirləri gücləndirilir

Tarix:23-07-2022, 10:42
Baxış Sayı:183

Bu gündən etibarən Qazaxıstanın paytaxtı Nur-Sultanda koronavirusa yoluxma hallarının artması səbəbindən karantin tədbirləri gücləndirilir.

hemlemedia.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat paytaxtın baş sanitar həkiminin imzaladığı qərarda yer alıb.

Qərara əsasən, paytaxt sakinlərinə insanların çox toplaşdığı yerlərdə maska taxmaq tövsiyə edilir.

Bununla yanaşı, 5 yaşa qədər uşaqlar istisna olmaqla, hər kəsə ticarət və əyləncə mərkəzlərində, kinoteatrlarda, xidmət məntəqələrində, avtovağzallarda, qapalı bazarlarda, ictimai nəqliyyatda maska taxılması tövsiyə edilir.

Həmçinin hamilə qadınların, koronavirus əleyhinə vaksinlərə əks göstərişi olan və COVID-19 xəstələri ilə sıx təmasda olan işçilərin distant iş formatına keçirilməsi tövsiyə olunur.

Digər xəbərlər
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ
09:51 Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Bu günün HAVASI
09:48 Tovuzda ev güclü yanğından xilas edildi
09:41 Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq