hemle

"Quru sərhədlərinin açılması çox vacibdir" - Deputat

Tarix:14-07-2022, 16:10
Baxış Sayı:181

"Quru sərhədlərinin açılması çox vacibdir" - Deputat


"Turizmin inkişafı baxımından quru sərhədlərinin açılması çox vacibdir".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, statistika göstərir ki, əvvəlki illə müqayisədə 2022-ci ilin ötən aylarında Azərbaycana gələn turistlərin sayı artsa da, pandemiyadan əvvəlki dövrlə müqayisədə turistlərin sayında azalmalar var:

"Turist sayının artırılması həm də quru sərhədlərinin açılmasından asılıdır. Azərbaycana turistlərin 70 faizdən çoxu quru sərhədlərimizin olduğu ölkələrdən gəlir. Quru sərhədləri yalnız turizmin inkişafı deyil, həm də vətəndaşlarımızın daha asan, iqtisadi baxımdan ucuz xaricə getməsini təmin edir. Quru sərhədlərinin açılması həm iqtisadi, həm də turizm baxımından vacib olmaqla yanaşı, burada epidemoloji vəziyyət nəzərə alınmalıdır. Belə ki, yalnız Azərbaycanda deyil, qonşu ölkələrdəki vəziyyətin, dinamikanın nəzərə alınması və buna uyğun qərarın verilməsi çox vacibdir".

Deputat qeyd edib ki, quru sərhədlərinin açılması turizm və iqtisadi prosesləri dəstəkləməklə yanaşı, yoluxma sayının artmasına gətirib çıxarmalı deyil:

"Sərhədlərin açılması ilə bağlı qərar verilən zaman həm də regiondakı epidemoloji vəziyyət nəzərə alınır. Sözsüz ki, turizmin inkişafı baxımından quru sərhədlərinin açılması vacib faktorlardan biridir. Quru sərhədləri ölkəyə gələnlərin sayının müəyyənləşdirilməsinə birbaşa təsir göstərir".

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ