hemle

Baş nazirin növbəti qərarından sonra ətin qiyməti nə qədər ucuzlaşacaq?

Tarix:1-07-2022, 18:16
Baxış Sayı:156

Ötən gün Baş nazir Əli Əsədovun qərarı ilə “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiq edilib.

Qərarın qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış olub.

Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Deputat Tahir Rzayev Oxu.Az-a açıqlamasında qərarı şərh edib.

O bildirib ki, yeni qərara uyğun olaraq, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış olub:

“Bununla da 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan ƏDV-dən azad edilməsi sahibkarlığın inkişafına göstərilən qayğı kimi dəyərləndirilməlidir. Son aylar bazarda kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma müşahidə olunur.

Baş nazirin növbəti qərarından sonra ətin qiyməti nə qədər ucuzlaşacaq?

Yaxşı haldır ki, heyvandarlıq məhsullarının qiymətlərində ciddi artım hiss olunmayıb. Qərarın qəbul edilməsi sahibkarlığın inkişafına təkan verəcək, mal-qaranın sayı artacaq. Nəticədə yem ucuz başa gələcək”.

“Ölkədə heyvandarlıq məhsullarının müəyyən növləri - quş ətinin 100%-i, mal ətinin isə 85-90%-i yerli istehsal hesabına ödənilir. Gələcəkdə vergi güzəştlərinin edilməsi heyvandarlıq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcək.

Çünki insanların ətə, südə, yumurtaya olan tələbatı yüksəkdir. Vergi güzəştlərinin tətbiq olunması ilə məhsulun qiymətinin müəyyən qaydada azalması gözlənilir”, - deyə o qeyd edib.

Deputat əlavə edib ki, qəbul olunmuş qərar imkan verir ki, heyvandarlıq məhsullarının qiyməti ucuzlaşsın:

“Ətin qiymətinin nə qədər azalacağını tam demək mümkün deyil. Bazarın tənzimlənməsindən, sahibkarların insafından asılı məsələdir. Təxminən bir-iki manat qiymət ucuzlaşa bilər”.

Xatırladaq ki, iyunun 22-də Baş nazirin imzaladığı digər qərarla hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.

Digər xəbərlər
13:52 İrəvan Bakıya adam göndərmək üçün şərt irəli sürür - COP29 PLANI
12:18 CHP bələdiyyə sədri saxlanıldı: Türkiyədə nə baş verir?
11:47 Trampın "bir günə sülh" planı realdır? - 1968-ci ildə Nikson da söz vermişdi
11:45 Moskva və Kiyev bu ölkənin vasitəçiliyi ilə danışıqlara başladı: Tarixi razılaşma olacaq?
11:44 Bayden Gürcüstanla bağlı bəyanat yaydı: Tələb etdi ki...
11:42 Fırtına yaxınlaşır: üç yeni dövlət yaradılacaq - Qardaş ölkə təhlükədə
09:28 Ən kalorili meyvə və giləmeyvələrin adı açıqlandı
09:26 Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir