hemle

Xalq artistini erotik videolarla şantaj edirlər

Tarix:1-07-2022, 16:54
Baxış Sayı:209

Xalq artisti Kazım Abdullayev şantaj olunduğunu iddia edib.

hemlemedia.az xəbər verir ki, aktyor bunla bağlı sosial şəbəkədə paylaşım edib. O, bir xanımın ona yazdığı mesajları yayımlayaraq, bunları əlavə edib:

"Əziz dostlar, xanımlar və cənablar, son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul istəyirlər. Bu nə mənim yaşıma, nə də statusuna yaraşan bir işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda - qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər. Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən feysbuk, mesencer və whatsapp-ı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm bu işdə mənə yardım etsinlər".

Qeyd edək ki, K.Abdullayev ötən ay qardaşını, bir neçə gün əvvəl isə bacısını itirib.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq